Ruslan Qurbanov 50-ci matçına çıxdı

19:33 - 22 Fevral 2016

103 matçda 22 qol

 

Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov Premyer Liqada “Neftçi”nin heyətində 50-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Qurbanov yubileyini XXII turun “Qarabağ”la matçında qeyd edib. Qurbanov bu qarşılaşmalarda 13 qol vurub. 2010/11 mövsümündə debüt etdiyi ağ-qara formada 6 matça çıxan hücumçu 2013/14 mövsümündə 15 oyunda 3 qol vurub.

 

Ötən çempionat 11 görüşdə 3 dəfə fərqlənən milliləşən legioner cari mövsümdə məhsuldarlığı ilə seçilib. 18 oyunda 7 qola imza atan Qurbanov hesabını 13 topa çatdırıb. “Neftçi”dən başqa yalnız “Sumqayıt”da oynamış Qurbanovun hesabında ümumilikdə Premyer Liqada 103 matçda 22 qol var.

Xəbər xətti