Murad Ağayev: "Bu qələbədən sonra Avroliqa şanslarımız bir qədər də artdı"

00:12 - 23 Fevral 2016

"Gəncəyə üç xal qazanmaq üçün gedəcəyik"
 
"Bütün uşaqlar qələbəyə köklənmişdi. Hamımız uğursuzluq sindromuna son qoymaq istəyirdik. Oyunumz yaxşı alındı, qalib gəldik"
 
 
Bu sözləri "Sumqayıt" - AZAL (2:0) matçından sonra meydan sahiblərinin heyətində ilk qolu vuran Murad Ağayev Sportal.az-a açıqlamasında söyləyib.
 
Gənc futbolçu növbəti turda "Kəpəz"lə matçda da üç xal qazanmaq istədiklərini bildirib:
 
"Uzun müddət idi ki, qol vurmurdum. Ümid edirəm ki, "qara zolaq"dan çıxdıq və növbəti oyunda da qələbə qazanacağıq. Komandada indi əhval-ruhiyyə yüksəlib. Tək "Kəpəz" yox, bütün komandalarla oyun çətin keçir. Gəncəyə üç xal qazanmaq üçün gedəcəyik".
 
Murad Ağayev Avroliqa şanslarını belə dəyrləndirib:
 
"Bu qələbədən sonra Avroliqa şanslarımız bir qədər də artdı. Bu uğuru davam etdirib, Avroliqaya çıxmaq istəyirik".

Xəbər xətti