Dəniz kənarında məşq
“İnter”lə Premyer Liqanın XXII turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək oyununun hazırlıqlarına başlayıblar.
“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Sabahdan başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.
Fevralın 26-da Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.
saytlarin hazirlanmasi