"Güclü xarakterə sahibəm"
"Zirə"nin futbolçusu Nelson Bonilla Salvador mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 26 yaşlı forvard komandasının Premyer Liqadakı çıxışı haqda danışıb:
"Hazırda ideal vəziyyətdəyəm. Mən ölkəmi tərk edib Azərbaycana ehtiyatda qalmaq üçün gəlməmişəm. Mən güclü xarakterə sahibəm. Çinə və ya başqa bir ölkəyə gedərək hər şeyə sıfırdan başlamaq istəmirəm. Hazırda turnir cədvəlində də yaxşı yerdəyik. İlk mövsümdən belə yüksək mövqelərdə qərarlaşmağımız yaxşı göstəricidir".
Qeyd edək ki, Nelson Bonilla Premyer Liqada 7 qol vurub.
saytlarin hazirlanmasi