"Sumqayıt"da istirahət bitdi

18:55 - 23 Fevral 2016

Zədəli futbolçu yoxdu

 

Azərbaycan Premyer Liqasının son turunda AZAL üzərində qələbə qazanmış "Sumqayıt" Futbol Klubu "Kəpəz"lə oyunun hazırlığına 1 günlük istirahətin ardından start verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün Samir Abasovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. "Kimyaçılar"ın heyətində zədəli futbolçu yer almayıb.

 

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" oyunu fevralın 27-də Gəncə şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 14:00-da start götürəcək.

Xəbər xətti