"Qəbələ" - "Xəzər Lənkəran" matçının vaxtı dəyişdirildi

10:26 - 24 Fevral 2016

23-cü turun matçı

 

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin 23-cü turunun "Qəbələ" - "Xəzər Lənkəran" oyununun vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, sözügedən matç fevralın 25-də deyil, fevralın 27-də baş tutacaq.

 

Buna səbəb "Xəzər Lənkəran"ın əvəzedici heyətinin üzvlərinin həm də U-19 liqasında oynamasıdır.

Xəbər xətti