"Təbii ki, stadionun əsaslı təmirə ehtiyacı var"
Gəncə şəhər stadionuna cari mövsümün sonuna qədər daha 2 min oturacaq quraşdırılacaq.
Sportal.az xəbər verir ki, bu barədə "Report"a Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov məlumat verib.
Onun sözlərinə görə, indiyədək 4 min oturacaq quraşdırılıb. M.Cəfərov stadionun əsaslı təmirə ehtiyacının olduğunu bildirib: "Hələlik futbol meydanının kənarına - qaçış üçün ayrılan əraziyə asfalt çəkilib. Yararsız hala düşməməsi üçün ot örtüyünə mütəmadi olaraq gübrə verilir. Təbii ki, stadionun əsaslı təmirə ehtiyacı var. Amma bu barədə məlumat olmadığı üçün təmirin nə vaxt həyata keçiriləcəyini deyə bilmərəm".
Qeyd edək ki, Gəncə şəhər stadionu yerli İdman və Gənclər Baş İdarəsinin balansındadır. Mövsümün əvvəlində stadionda yüngül təmir işləri aparılıb.
saytlarin hazirlanmasi