Avropa Liqasının 1/8 finalı üçün püşk atılır: "Fənərbaxça"nın rəqibi kim olacaq?

10:07 - 26 Fevral 2016

"Kor püşk"

 

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, 1/8 final cütləri səbətlər və hər hansı şərtlər olmadan müəyyənləşəcək.

 

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

 

1/8 final

 

"Atletik" (İspaniya)
"Sevilya" (İspaniya)
"Valensiya" (İspaniya)
"Vilyarreal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Tottenhem" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya)
"Bayer" (Almaniya)
"Braqa" (Portuqlaiya)
"Sparta" (Çexiya)
"Latsio" (Italiya)
"Şaxtyor" (Ukrayna)
"Fənərbaxça" (Türkiyə)
"Bazel" (İsveçrə)
"Anderlext" (Belçika)

Xəbər xətti