Gizli səsvermə yolu ilə
Bu gün FİFA-nın yeni prezidentinin adına aydınlıq gələcək.
Sportal.az xəbər verir ki, yeni prezident 4 illiyinə seçiləcək. Seçki gizli səsvermə yolu ilə baş tutacaq. 209 üzv ölkənin hər biri yalnız 1 səsə malikdir. Namizədlər isə İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvaledir.
İlk turda qalib gəlmək üçün namizəd səslərin 2/3-sini , 2-ci turda isə yarısından çoxunu qazanmalıdır.
Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək
saytlarin hazirlanmasi