Komanda oyun saatını gözləyir
Premyer Liqanın XXIII turunda doğma meydanda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib.
Sportal.az xəbər verir ki, komanda qarşıdakı oyun öncəsi son məşqini matçın keçiriləcəyi arenada keçib. Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi təxminən 50 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. İsinmə hərəkətlərinin yerinə yetirilməsi ilə başlayan məşq “kvadrat”la davam edib. Eyni vaxtda qolkiperlər qapıçılarla işləyən məşqçi Nadir Şükürovun rəhbərliyi altında ayrıca çalışıblar. Daha sonra qapıya doğru zərbələr endirən futbolçular müəyyən taktiki göstərişlər üzərində işləyiblər.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı sabah saat 14:00-da baş tutacaq.
saytlarin hazirlanmasi