Namiq Ələsgərov da zədəlidir
Gəncə şəhər stadionunda keçirilən son məşqlə “Kəpəz” Premyer Liqanın 23-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, sonuncu məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bildirib:
“Maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun olacaq. Biz bu görüşə həftə ərzində itkilərlə hazırlaşmışıq. Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.
Ş.Diniyev rəqib haqda da danışıb:
“Bizi asan oyun gözləmir. “Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik”.
saytlarin hazirlanmasi