Samir Abasov: "Düzdür, meydançanın durumunu bəhanə edənlər də var"

00:47 - 28 Fevral 2016

"Biz Gəncədən xalla ayrılmaq istəyirdik, onu da etdik"
 
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
"Oyun haqqında deyiləsi çox şey yoxdur. Hesaba görə, nəticəyə görə, doğrudan da çox sevinirik. Hesabı qoyaq bir yana, şükürlər olsun ki, futbolçularımız zədələnmədi. Bu cür çətin oyunda, bu cür meydanda... Açığı meydança haqqında çox danışmaq istəmirəm. Çünki məndən öncə buraya gələn böyük məşqçilər bu barədə çox danışıblar. "Kəpəz" çox yaxşı komandadır. Nəticədən razıyam. Çünki ikinci oyundur ki, uduzmuruq. Bildiyiniz kimi, uğursuz seriyamız vardı. Pis başlamışdıq. AZAL-ı ötən tur məğlubiyyətə uğratdıq. Hesab edirəm ki, Gəncə səfərindəki heç-heçə bizim üçün qalibiyyətə bərabərdir. Futbolçularımızı, "Sumqayıt"ın fanatlarını təbrik edirəm. İnanıram ki, bu meydança Gəncə komandasının da ürəyincə deyil. Onların məşqçilər korpusundakılar mənim dostlarımıdır. Düzdür, meydançanın durumunu bəhanə edənlər də var. Amma biz belə etməyəcəyik. "Kəpəz" də belə meydanda oynamaq istəməz. Bu, müvəqqəti çətinlikdir. Ümid edirəm ki, bu vəziyyəti yaxşılaşdıracaqlar. Biz Gəncədən xalla ayrılmaq istəyirdik, onu da etdik. Çətin oyun olsa da, bacardıq".

Xəbər xətti