Cəzalı duruma düşdü
Azərbaycan Premyer Liqasının XXIV turunda "Rəvan"la qarşılaşacaq "Kəpəz" bu matça ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, ötən gün keçirilən "Sumqayıt"la matçda sarı vərəqə alan kapitan Tural Axundov cəzalı duruma düşdüyündən növbəti matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Rəvan" - "Kəpəz" matçı martın 5-i baş tutacaq.
saytlarin hazirlanmasi