Pupon növbəti qollarını vurdu
"Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon Hollandiya çempionatında növbəti dəfə fərqlənib.
Sportal.az xəbər verir ki, “Roda”nın şərəfini qoruyan hollandiyalı hücumçu "Herakl"a qarşı matçda dubla imza atıb. O, 49 və 79-cu dəqiqələrdə qol vurub. R.Pupon 74-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Herakl" - “Roda” oyunu ikincilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, R.Pupon bundan əvvəl “Ayaks”la görüşdə fərqlənmişdi.
saytlarin hazirlanmasi