1/4 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Martın 2-də kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/4 final oyunlarına çıxacaq.
Sportal.az PFL-in rəsmi saytına istinadən üz-üzə gələcək cütlərin kubok yarışlarındakı əvvəlki duellərinin balansını təqdim edir.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
2 mart (çərşənbə)
“Rəvan” – “İnter” – indiyədək qarşılaşmayıblar
“Qarabağ” – “Sumqayıt” – 1 oyun, +1=0-0, top fərqi 3:0
Rəqiblərin yeganə kubok dueli 5 il əvvələ təsadüf edib. 1 oyundan ibarət 1/8 final matçında böyükhesablı qələbə qazanan “Qarabağ” mərhələ adlayıb.
2011/12 |
1/8 final |
Qarabağ (Ağdam) - Sumqayıt Şəhər |
3:0 |
“Xəzər Lənkəran” – “Neftçi” – 3 oyun, +1=2-0, top fərqi 5:4
Prinsipial rəqiblərin kubokdakı yolları iki dəfə kəsişib. 2010/11 mövsümündə baş tutan ən məhsuldar oyunda “Xəzər Lənkəran” səfər qələbəsi qazanıb – 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, 120 dəqiqəsi heç-heçə başa çatan 3 il əvvəlki duel penaltilər seriyasınadək davam edib. “Neftçi” kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalın qalibinin müəyyənləşdiyi penaltilər seriyasında üstələyib.
2010/11 |
1/4 final |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
3:4, 1:1 |
2012/13 |
final |
Neftçi (Bakı) - Xəzər Lənkəran |
0:0, p.5:3 |
“Zirə” – “Qəbələ” – indiyədək qarşılaşmayıblar
saytlarin hazirlanmasi