Matça qədər hazır olacaq
Ölkə kubokunun 1/4 finalında "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran"ın heyətində bir sıra zədəli futbolçular var.
Sportal.az xəbər verir ki, "Qəbələ" ilə matçda yüngül zədə alan Orxan Səfiyaroğlunun durumu yaxşıdır. Onun oyun gününə kimi hazır olacağı gözlənilir. Bunu saytımıza açıqlamasında futbolçunun özü də təsdiqləyib.
Səfiyaroğlu ilə birlikdə komandada Vaqif Güləliyev və İlyas Səfərzadə də zədədən əziyyət çəkir. Onların növbəti matçda oynayıb-oynamayacağı sual altındadır.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı martın 2-si saat 14:00-da start götürəcək.
saytlarin hazirlanmasi