Almaniya Bundesliqasında çıxış edən bakılı: "Azərbaycan futbolu ilə maraqlanıram" MÜSAHİBƏ

23:00 - 29 Fevral 2016

"Bu iki komandanın adını bu mövsüm çox eşitdim"
 
Almaniyanın "Hoffenhaym” klubunun yarımmüdafiəçisi Jiloan Hamed müsahibə verib. 
 
Sportal.az xəbər verir ki, o, Bakıda doğulmasından, Azərbaycan haqqında bildiklərindən və futbol karyerasından danışıb:
 
- Siz Bakıda doğulmusuz?
- Bәli, mәn Bakıda doğulmuşam. SSSR-nin son dönәmlәri idi. Orda dünyaya göz açdığım üçün bu şәhәr mәnә doğmadır. Bakını daim izlәyirәm. Çox müasir şәhәrdir. Mәn Azәrbaycanın paytaxtında ilk Avropa Oyunlarının vә Eurovision-2012 mahnı müsabiqәsinin keçirilmәsindәn xәbәrdaram.
 
- Bakının harasında doğulmusuz? Onu xatırlayırsız?
- Tәәssüf ki, yox.
 
- Valideynlәriniz hәr ikisi azәrbaycanlıdır?
- Yox. Valideynlәrim kürddür.
 
- Bakıya heç gәlmisiz?
- Oranı tәrk etdikdәn sonra bir daha qayıtmamışıq. Çox istәyәrdim ki, gәlim. Ümid edirәm ki, bu, bir gün baş tutacaq.
 
- Bakını neçәnci ildә tәrk etmisiz?
- Biz 1992-ci ildә Bakıdan ayrılmışıq. Ondan sonra da geri dönmәmişik.
 
- İsveçә köçmüsüz?
- Bәli. Ümumiyyәtlә, atam vә anamın çoxdankı planı olub ki, İsveçdә yaşasınlar. Onlar bu ölkәni seviblәr. Ona görә dә Stokholma yollanıblar.
 
- Futbola da burada başlamısız?
- Әlbәttә. Burada futbola başlamışam. Futbolu çox sevirdim vә bu ölkәdә oynamağa başladım. İndi dә xoşbәxtәm.
 
- Bәs, Azәrbaycan futbolu haqqında nә bilirsiz?
- Mәn Azәrbaycan futbolu ilә maraqlanıram. Çempionatda 10 komandanın mübarizә apardığını bilirәm. Hәmçinin Avropa Liqasında da mübarizә aparan komandalarınız var.
 
- "Qarabağ" vә "Qәbәlә"ni nәzәrdә tutursuz...
- Bәli. Bu iki komandanın adını bu mövsüm çox eşitdim. Hәtta mәnim 2 dostum Azәrbaycanda çıxış edir. Samuel Armenteros "Qarabağ"da, bir dә Rikardinyo "Qәbәlә" dә oynayır. Onlar hәr ikisi Azәrbaycan haqqında pozitiv danışırlar. Klublarını sevirlәr.
 
- Hazırda dünyanın әn böyük liqalarından birindә - Bundesliqada çıxış edirsiz...
- Mәn "Malmö" dә çıxış edirdim. "Hoffenhaym" mәni bu klubdan aldı. 3,5 illik müqavilә imzalamışam. Böyük liqada oynayıram vә çox xoşbәxtәm.
 
- 2013-cü ilә qәdәr İsveç millisindә çıxış etmisiz. Amma hazırda orda oynamırsız. Sәbәb nәdir?
- Elә ciddi bir sәbәb yoxdur. Әvvәllәr millidə oynamışam. Sonra baş mәşqçi dәvәt göndәrmәdi. Amma hazırda "Hoffenhaym"da çıxış edirәm. Bu milliyә qayıtmağım üçün böyük şansdır. Ümid edirәm ki, belә olacaq.
 
- Әgәr İsveç yığmasından dәvәt almasanız, Azәrbaycan millisindә oynayarsız?
- Gәlәcәkdә nә olacağını heç kim bilmir. Hәr şey mümkündür. Amma heç vaxt Azәrbaycan Futbol Federasiyasından heç kimlә görüşmәmişәm. İndiki halda da orda çıxış etmәyim çәtindir. Çünki mәni bu sәviyyәyә gәtirәn İsveç futboludur. Bütün planlarımı da bu ölkәnin millisi üçün qurmuşam.
 
- Son sualım. Azәrbaycan dilindә nәsә bilirsiz?
- Yox, Azәrbaycan dilini bilmirәm. Kürd, ingilis, isveç vә alman dillәrindә danışmağı bacarıram. Doğulduğum şәhәrә bir gün mütlәq gәlәcәm.
 
"Qafqazinfo"

Xəbər xətti