"Kəpəz"in legioneri paytaxt klubuna qarşı oynamayacaq

01:00 - 1 Mart 2016

Junior Osvaldo zədəlidir
 
Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Rəvan”a qonaq olacaq "Kəpəz” qarşılaşmaya ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev aparıcı oyunçusu Junior Osvaldonun xidmətindən istifadə edə bilməyəcək.  Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən böyük ehtimalla Bakı klubu ilə qarşılaşmanı iştirak edə bilməyəcək. 
 
Qeyd edək ki, "Rəvan” – "Kəpəz” oyunu fevralın 6-da  baş tutacaq. 

Xəbər xətti