Ranyeri: "Çempionluğun əsas favoriti biz deyilik"

16:16 - 1 Mart 2016

"Hamı "Lester Siti"dən danışır"
 
"Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri  çempionluq uğrunda mübarizdən danışıb.
 
Sportal.az xəbər verir ki, "tülkülər"in çalışdırıcısı əsas favoritin "Tottenhem"in olduğunu vurğulayıb:
 
"Çempionluğun əsas favoriti biz deyilik. Hamı bizdən danışır. Amma heç kim "Tottenhem"in uğurlarından bəhs etmir. Məncə, Premyer Liqanın əsas favoriti məhz "Tottenhem"dir. Düzdür, biz çempionatın sürpriz lideriyik. Bu, əla nəticədir və komandanı motivasiya edir. Nəzərə almaq lazımdır ki, "Arsenal" və "Mançester Siti"nin də şanları davam edir".
 
Qeyd edək ki, "Lester Siti" 56 xalla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 54 xalla 2-ci, "Arsenal" 51 xalla 3-cü , "Mançester Siti" isə 1 oyun az keçirməklə 47 xal toplayıb və 4-cüdür.

Xəbər xətti