"Tam üstünlüyümüzün olduğunu düşünmürəm"

20:08 - 1 Mart 2016

"Rəqib bir neçə səhvə yol verdi"
 
"Maraqlı oyun oldu. Bu komanda ilə ötən ilin avqustunda da iki yoldaşlıq oyunu keçirmişdik və hər iki qarşılaşma heç-heçə başa çatmışdı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov deyib.
 
Bakıda təlim-məşq toplanışında olan qonaqların çalışdırıcısı Azərbaycan yığması  ilə bu gün keçirilən yoxlama oyunundakı qələbəyə (2:0) şərh verib:
 
"Ümumiyyətlə, Təbriz Həsənovun rəhbərliyi ilə bu yaş qrupunda çıxış edən Azərbaycan yığmasına qarşı indiyə qədər 4 oyun keçirmişdik və heç birində qalib müəyyənləşməmişdi. Bu gün ilk qələbəmizi qazandıq. Bununla belə, tam üstünlüyümüzün olduğunu düşünmürəm. Sona yaxın rəqib bir neçə səhvə yol verdi və biz bundan yararlana bildik. Futbolçularım daha çox oyun praktikası sarıdan əziyyət çəkir”.

Xəbər xətti