"Arsenal"ın futbolçusu 2 ay oynamayacaq

22:40 - 1 Mart 2016

Aleksin zədəsi ciddidir
 
"Arsenal" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın üzvlərindən Aleks Okslade-Çamberlain uzun müddət sıradan çıxıb. Bu barədə baş məşqçi Arsen Venger açıqlama verib. Çalışdırıcı bildirib ki, futbolçunun dizində ciddi zədə aşkarlanıb və 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Venger Aleksin əməliyyat olunmayacağını da qeyd edib.
 
Qeyd edək ki, Çempionlar Liqasının "Barselona" ilə oyunun Xavyer Maskerano ilə toqquşan futbolçu zədələnmiş və 50-ci dəqiqədə Teo Ualkott tərəfindən əvəzlənmişdi.

Xəbər xətti