"Rəvan" paytaxt derbisinə itkilərlə çıxacaq

00:49 - 2 Mart 2016

Heyətdə 3 zədəli var
 
"Rəvan" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəyi ilk oyuna itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Bəhmən Həsənov Novruz Məmmədov, Cəmşid Məhərrəmov və Nuran Qurbanovun xidmətindən yararlana bilməyəcək. Belə ki, bu futbolçular zədəlidir.
 
Qeyd edək ki, "Rəvan" - "İnter" matçı bu gün "Bayıl Arena"da keçiriləcək.

Xəbər xətti