Adı "Neftçi" ilə hallanan məşqçi 6 ay futboldan uzaqlaşdırıldı

11:48 - 2 Mart 2016

Oyun alqı-satqısına görə
 
Rumıniya çempionatının lideri olan "Astra” klubunun baş məşqçisi Marius Şumudiça 6 ay futboldan uzaqlaşdırılıb.
 
Sportal.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası mütəxəssisin oyun alqı-satqısında iştirakını təsdiqləyib. Nəticədə Federasiya 44 yaşlı mütəxəssisi cəzalandırıb. Şumudiçanın məşqçi lisenziaysı əlindən alınıb və 6 aylıq futboldan uzaqlaşdırılıb.
 
Qeyd edək ki, yanvar ayında "Neftçi" baş məşqçi postuna Marius Şumudiçanı gətirməyi planlaşdırırdı.

Xəbər xətti