Robert Prosineçki: "Həyat yoldaşım bir az çətinlik çəkir"

12:12 - 2 Mart 2016

"Bakı sanki yeni Dubaydır"
 
"Bakı sanki yeni Dubaydır. Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab etmək olar. Burada Avropa şəhərlərində olan hər cür şərait var. Ən yaxşı restoranlar, məktəblər və digər məkanlar var”.
 
Sportal.az
xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.
 
O, qızının Bakıda beynəlxalq tələblərə cavab verən məktəbdə oxudunuğu bildirib:
 
“Biz yeni evimizdə çox xoşbəxtik. Mən və ailəm Azərbaycanda yaşamaqdan məmnunuq. Bəzən həyat yoldaşım evdə tək qalır. Buna görə də bir az çətinlik çəkir. Azərbaycanda bir neçə dostumuz da var. Qızım Bakıda beynəlxalq tələblərə cavab verən məktəbdə təhsil alır".

Xəbər xətti