Əsgər Abdullayev: "Bu, hələ heç nə demək deyil"

16:35 - 2 Mart 2016

"Çətin oyun oldu"

 

Azərbaycan Kubokunun 1/4 final matçında "Xəzər Lənkəran" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev bunları qeyd edib:

 

"Çətin oyun keçdi. Məğlub olduq. Amma, bu, hələ heç nə demək deyil. İkinci oyunda hər şey bəlli olacaq. Rəqibdən yaxşı oyun gözləyirdik. Hər zaman "Xəzər Lənkəran" - "Neftçi" matçları gərgin keçib. Elşən Rzazadəyə gəlincə, o, perspektivli futbolçudur. Uzun müddət idi fərdi məşq edirdi. Artıq, oynamağa hazırdı. Qarşıdakı matçlarda oynaya biləcək".

Xəbər xətti