"Bunun səbəbini mən də bilmirəm"
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 0:2 hesabıyla məğlub olan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Abasov ilk olaraq bunları deyib:
- Oyunun bu cür keçəcəyini bilirdik. "Qarabağ"dan belə oyun gözləyirdik. Ən az heç-heçə etmək istəyirdik. Təəssüf ki, iki qol buraxdıq. Cavab oyununda şanslarımızdan maksimum istifadə edərək mərhələ keçməyə çalışacağıq.
- Komanda əvvəlkinə nisbətən baxımlı oyun sərgiləmir...
- Bu gün sırf nəticəyə oynayırdıq. Qış fasiləsindən sonra doğrudan da yaxşı oyun sərgiləmirik. Dəyişən heç nə yoxdu. Qış fasiləsində yeni transferlər etdik. Ancaq görünən odu ki, komanda güclənməyib, əksinə, zəifləyib. Bunun səbəbini mən də bilmirəm.
- Oyundan sonra hakimlərə etiraz edirdiz...
- Hakimlik barədə danışmaq istəmirəm. Etiraza səbəb, bizim lehimizə penalti verilməməsi idi. (Komanda.az)