Matçdan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:
- Pis oynadıq. Bu oyunda məğlub olmağımız yaxşı haldı. Bəzi futbolçularımız “Qarabağ”la oyundan sonra göylərdə uçurdu. Bu məğlubiyyət onları yerə endirdi. Bu, bizim üçün dərs oldu.
- Qoldan sonra arxayınlıq vardımı?
- Ola bilər. Amma oyuna çıxanda “Qarabağ”la oyundan sonra boşalmışdı. Növbəti matçda vəziyyəti düzəltməyə çalışacağıq.
- Kamran Ağayevin vurulan qolalrda reaksiyasını gördük. Qapıçı özünə arxayındı ki, toxunulmazdı?
- Bizdə heç kimə əsas heyətdə daimi oynamaq zəmanəti verilməyib. Kamranın belə düşünəcəyini zənn etmirəm. İkinci qolda onun edə biləcəyi bir şey yox idi.
- “Qarabağ”la oyunda pis çıxış etməyən Ruslan Əmircanov bu gün ehtiyatda qaldı...
- Bu, limitlə bağlıdı. Fuad Bayramov “Qarabağ”la oyunda zədə almışdı. Biz məcburiyyətdən Abbas Hüseynovu sağda oynatmalı olduq.