Adil Şükürov: "Qəbələ" kimi komandalara qol vurmağı sübut edirik"

22:00 - 2 Mart 2016

"Çalışacağıq ki Qəbələdə mərhələni keçək"
 
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “Qəbələ” səfərdə “Zirə”ni 2 - 1 hesabı ilə məğlub edib.
 
Matçdan sonra "qartallar"ın baş məşqçisi Adil Şükürov məğlubiyyəti belə şərh edib:
 
"Bu gün komandam yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm ki, sona qədər vuruşdular. Bu gün qapımızdan qol buraxmaq istəmirdik. Çox təəssüf ki, bu, alınmadı. Artıq "Qəbələ" kimi komandalara qol vurmağı sübut edirik. Çalışacağıq ki Qəbələdə mərhələni keçək".

Xəbər xətti