"Kubok oyunları asan keçmir"
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində “Qəbələ” səfərdə “Zirə”ni 2 - 1 hesabı ilə məğlub edib.
Matçdan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
"Çətin oyun oldu. Ümumiyyətlə kubok oyunları asan keçmir. Amma hər şey bitməyib. Bizi çətin cavab oyunu gözləyir".
Təcrübəli mütəxəssis "Zirə"nin ev oyunlarındakı uzunmüddətli məğlubiyyətsizlik seriyası haqda da danışıb:
"Sözün düzü, bu haqda məlumatım yox idi. Amma bizi bunu bacarmışıqsa, futbolçularımla fəxr edirəm".
saytlarin hazirlanmasi