Təbriz klubu qrupun lideridir
Asiya Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları start götürüb.
Sportal.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu qrupda ikinci oyununda səfərdə BƏƏ-nin "Əl-Cəzirə" klubuyla qarşılaşıb.
Təbriz təmsilçisi ərəbləri minimal hesabla məğlub edib. "Əl-Cəzirə"nin qapısından yeganə topu Bəxtiyar Rəhmani keçirib. Qrupda keçirdiyi hər iki oyunu qələbəylə başa vuran "Traktorsazi" C qrupunun vahid lideridi.
"Əl-Cəzirə" - "Traktorsazi" 0:1
Qol: Bəxtiyar Rəhmani, 32.
saytlarin hazirlanmasi