Rakitiç: "Prosineçki mənim kumirimdir"

12:50 - 3 Mart 2016

"Uşaqlıqdan "Barselona" azarkeşi olmuşam"
 
Xorvatiya yığmasının və "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç "Sport.es"ə maraqlı açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu millimizin baş məşqçisi Robert Prosineçkiyə görə "Barselona"ya azarkeşlik etdiyini söyləyib:

"Uşaqlıqdan "Barselona" azarkeşi olmuşam. Çünki bu klubda Robert Prosineçki çıxış edirdi. O, mənim kumirimdir".
 
Qeyd edək ki, yığmamızın baş məşqçisi Robert Prosineçki 1995-1996-cı il mövsmündə "Barselona"da çıxış edib.

Xəbər xətti