"Kəpəz"in belə menecerlərlə heç bir əlaqəsi yoxdur"
“Kəpəz” bu gün bəzi futbol menecerləri ilə bağlı etiraz bəyanatı yayıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsi ilə yayılan bəyanatda bildirilir ki, son dövrlər bəzi “işbaz” menecerlər tərəfindən “Kəpəz” PFK-nın adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir.
“Nəzərinizə çatdırırıq ki, “Kəpəz” PFK-nın belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək” – deyə bəyanatda bildirilib.
saytlarin hazirlanmasi