Akademiyanın həftəsi
Sumqayıt Gənclər və İdman Baş idarəsi 5 mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar 2005-2006-cı il təvəllüdlü futbolçular arasında futbol turniri təşkil edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan, 3 gün ərzində davam edən və 10 komandanın qatıldığı yarışda "Sumqayıt" Futbol Klubunun 11 yaşadək futbolçuları da iştirak edib. Zair Əsgərovun rəhbərlik etdiyi komanda final görüşündə "Təhsil" üzərində 4:2 hesablı qələbəyə sevinərək turnirin çempionu adını qazanıb. Həlledici görüşdə, "Sumqayıt" FK-nın U-11 komandasından qolları Murad Kərimli, İbrahim Nağıyev, Qurbanhüseyn Nağıyev və Rəvan Əsgərzadə vurub. Qarşılaşmadan sonra qaliblərə mükafatlar təqdim edilib.
Bundan başqa, həftə ərzində uşaq futbol liqalarında da növbəti turun oyunları keçirilib. Belə ki, "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası "Turan"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. Bu oyunda komandamızdan qolları Cavid Quliyev, Tacir Əlizadə, Nicat Sərdarlı və Asif Hacıyev vurub.
"Sumqayıt" FK U-16 da turu qələbə ilə başa vurub. Komanda səfərdə "Vətən"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qarşılaşmada Cavid Quliyev və Valeh Orucov fərqlənib.
"Sumqayıt" FK U-14 də "Vətən"i eynihesablı qələbə üstələyib. Murad Həsənli bu oyunda hər iki qolun müəllifi olub.
"Sumqayıt" FK U-13 isə "Zirə" üzərində böyükhesablı qələbəyə sevinib. Bu görüşdə Murad Əzizbəyov (2), Rüfət Hümbətov, İbrahim Əhmədov, Hüseyn Yusifzadə və Nurlan Bayramov fərqlənib.
Qeyd edək ki, bu tur U-19 komandası AZAL-a 1:2, U-15 isə "Neftçi İK İB"ya 0:1 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi