"Müasir futbolda bu, böyük çatışmazlıqdır"
"Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu".
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi
Oleksandr Petrakov yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Petrakov Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələcəklərinə ümid etdiyini bildirib: "Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdir. Bir qol vurmaq üçün ən azı 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdır. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələ biləcəyik".