Droqba "Çelsi" iddialarına cavab verdi

14:22 - 4 Mart 2016

"Hazırda 200 faiz "Montreal"ın futbolçuyam"
 
Karyerasını "Montreal İmpakt"da davam etdirən məşhur futbolçu "Çelsi"yə qayıdıb-qayıtmayacağı ilə bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, kot-d-ivuarlı hücumçu "Çelsi”də çalışacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:
 
"Əgər belə bir fikrim olsaydı, indi Londonda idim. Amma mən "Montreal”da uğurlu mövsüm keçirmək istəyirəm. "Çelsi"yə gedəcəyim haqda çoxlu xəbərlər çıxıb, amma bunlar doğru deyil. Hazırda 200 faiz "Montreal"ın futbolçuyam”.
 
Qeyd edək ki, Didye Droqbanın növbəti mövsüm "Çelsi”də köməkçi məşqçi kim
i çalışacağı iddia edilirdi.

Xəbər xətti