Türkiyə millisinin üzvü Çin Liqasının tarixinə düşdü

01:23 - 5 Mart 2016

Mövsümün ilk qolu
 
Bir çox ulduz futbolçuların çıxış etdiyi Çin Super Liqasına start verilib.

Sportal.az xəbər verir ki, çempionatın ilk oyunu Türkiyə milli komandasının üzvü Ersan Adəm Gülüm üçün yaddaqalan olub.  Dövrlərarası fasilədə "Beşiktaş”ı "Habey Fortuna”ya dəyişən futbolçu Çində keçirdiyi ilk oyununda  11-ci dəqiqədə topu öz qapısından keçirərək böyük bəxtsizlik yaşayıb. 
 
Məhz Ersanın avtoqolu Çin Super Liqasında yeni mövsümün ilk qolu kimi yadda qalıb. Ersan çox keçmədən daha bir qol vurub. O, qarşılaşmanın 28-ci dəqiqəsində rəqib qapısını da silkələyərək günahını yumağı bacarıb. 
 
Qarşılaşma Ersanın komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. 

Xəbər xətti