"Bir neçə futbolçuya istirahət verməyi düşünmüşdüm. Bunun səbəbi isə kubokda şansımız olmuşdu. Bəzi futbolçulara şans vermişdim. Əlimizə düşən imkanlardan yararlana bilmədik. Güclü külək işimizə mane oldu. Zədəlilərimiz var idi. Orxan Lalayev hərarəti ola-ola oynayırdı. Hesabın daha da böyüməməsi üçün ikinci hissədə müdafiə futbolu oynadıq. Rəşad Əzizovun yoxluğunda qapıçımız kobud səhvlər etdi. "Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarda yaxşı oynamağa çalışacağıq. Kubokda şansımız var. "İnter” yaxşı olsa da, meydanda mübariz "Rəvan” görəcəksiniz. Futbolçularıma iradım yoxdur. Onlara təşəkkür edirəm. Bəlkə də, mənim səhvim futbolçulara istirahət verməyimdədir. Zədəlilərimizə görə, çox əsəbi idim. İnanın, bu oyuna gəlmək istəmirdim. Əsas futbolçular olmayanda elə bil məhəllə futbolu oynayırıq. Artıq əsəbdən saçım da ağarıb. Bu da bizim qismətimizdi”.
- Sanki, çempionatın başını buraxmısınız...
- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
- Ən çox hansı futbolçudan narazısınız?
- Nuran Qurbanova ümidim böyükdü. Amma stabil futbol nümayiş etdirmir. İstəyirəm ki, hər oyunda eyni futbolu oynamağı bacarsın. Ona müdafiədə futbolçu keçməyə qadağa qoymuşam. Əgər, rəqibi məğlub etmək istəyirsənsə, onların mövqeyində çalışmalısan.