Nazirlərimiz macarlarla futbol oynadı FOTOLAR

00:08 - 7 Mart 2016

Azərbaycan komandası qalib gəlib
 
Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib.
 
Sportal.az xəbər verir ki, dostluq şəraitində keçən gərgin idman mübarizəsində Azərbaycan komandası 7:4 hesabı ilə qələbə qazanıb.
 
Qeyd edək ki, nazirlərimiz sırasında iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olub.
 
 

Xəbər xətti