"Penalti epziodunu yaxından görmədim"
“Qələbə qazanmaq istəyirdik. 3 xal bizə hava-su kimi lazım idi. Qol buraxandan sonra da qələbə qazana bilərdik. Oyuna istəkli çıxmışdıq. Amma bacarmadıq. Kefimiz yoxdu”.
Bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Amit Quluzadə “Sumqayıt” – “İnter” (0:1) matçından sonra Sportal.az saytına verdiyi açıqlamada deyib.
Amit Quluzadə “Sumqayıt”ın oyununun alınmadığını qeyd edib:
“Futbolda belə hallar olur. Çoxlu qol şanslarımız oldu, amma istifadə edə bilmədik. Penalti epziodunu yaxından görmədim. Ona görə də heç nə deməyəcəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, hər oyun bizi dəstəkləyirlər”.
saytlarin hazirlanmasi