17 futzalçı ilə...
Futzal üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirəcəyi pley-off oyunlarının hazırlığına bu gün start verib.
Sportal.az xəbər verir ki, Tino Peresin baş məşqçilik etdiyi yığmamız martın 18-nə qədər Bakıda hazırlıq keçəcək.
Millimiz toplanış müddətində yerli klublardan birinə qarşı ən azı bir yoxlama oyununa da çıxacaq. Baş məşqçi toplanışa 17 futzalçı dəvət edib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun martın 22-də Hollandiyada keçiriləcək.
saytlarin hazirlanmasi