1-ci mərhələyə start verilib
Martın 7-dən etibarən Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Aslan Kərimov və Osman Rəhimovun rəhbrəliyi ilə keçirilən məşğələlərə martın 10-da yekun vurulacaq. Kursda Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov da iştirak edib. Qeyd edək ki, R.Sadıqov buna qədər də B dərəcəli məşqçi kurslarına qatıllb.
Kursun 2-ci mərhələsi 14-17 mart, 3-cü mərhələsi 28-31 mart, dördüncü - yekun hissəsi isə 4-9 aprel tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi