Qanında istifadəsi qadağan olunmuş preparat aşkarlanıb
Rusiyalı məşhur roketka ustası Mariya Şarapovanın qanında istifadəsi qadağan olunmuş preparat aşkarlanıb.
Sportal.az xəbər verir ki, bu barədə 29 yaşlı tennisçi ABŞ-da keçirdiyi mətbuat konfransında deyib:
"Çox peşmanam. Hər kəsdən üzr istəyirəm. Karyeramı bu cür başa vurmaq istəmirəm. Mənə şans veriləcəyini ümid edirəm".
Şarapovanın vəkili Con Haqerti bu məsələ ilə bağlı belə danışıb:
"Mariya istəyir ki, hər şey qanun çərçivəsində olsun. O testləri verməkdən imtina etdi. Çünki bilirdi ki, dərman qəbul edib. Buna görə ona 4 il cəza verilə bilər"
saytlarin hazirlanmasi