Avroliqanın mərkəzi oyunu Cüneyt Çakıra tapşırıldı

17:24 - 8 Mart 2016

"Borussiya" - "Tottenhem" matçında türkiyəlilər
 
Avroliqanın 1/8 final mərhələsinin mərkəzi oyunu "Borussiya" (Dortmund) - "Tottenhem" matçının baş hakimi məlum olub.

Sportal.az xəbər verir ki, qarşılaşma Cüneyt Çakıra əmanət edilib. Cüneyt Çakıra bu matçda türkiyəli hakimlər Bahattin Duran vəTarık Ongun kömək edəcək. 4-cü hakim funksiyasını isə Cem Satman yerinə yetirəcək.

Qeyd edək ki, "Borussiya" - "Tottenhem" matçı 10 mart saat 22:00-da start götürəcək.

Xəbər xətti