"Yanımızdan heç vaxt əskik olmasınlar"
8 mart Beynəlxalq Qadınlar günüdü.
Sportal.az xəbər verir ki, "Kəpəz"in rəsmi saytı bayram münasibəti ilə komandanın futbolçularının fikirlərini öyrənib:
Tərlan Quliyev: “Bu gün bütün kişilərin arzusu eynidi. Hamımız xanımlara ən xoş arzularımızı çatdırırıq. Ən vacibi ailə səadətidi. “Kəpəz”in xanım azarkeşləri də var, oyunlarımıza gəlib baxırlar. Onları da təbrik edirik, son turda “Rəvan” üzərində qələbəmiz xanım azarkeşlərə hədiyyə oldu. Yanımızdan heç vaxt əskik olmasınlar”.
Kərim Diniyev: “Mənə yaradılan fürsətdən istifadə edib bütün xanımları bayram münasibəti ilə təbik edirəm. Onlar bizim başımızın tacıdılar, hamısı bizə çox əzizdilər. 8 mart təqvimdə kişilər üçün məsuliyyətli gündü (gülür). Bu gün həm də ikiqat bayramdı. Çünki Novruzun yel çərşənbəsini qeyd edirik”.
Şəhriyar Rəhimov: “Xanımları təbrik etmək və ya xoş söz demək üçün hər dəfə 8 martı gözləməyə ehtiyac yoxdu. İldə bir gün yox, hər gün qadınları diqqətdə saxlamaq, qayğısını çəkmək lazımdı. Bayram təbriklərinə mən də qoşulub anaları, bacıları təbrik etmək istəyirəm. Bayramda xanımlara hədiyyə almaq borcumuzdu. Həyat yoldaşımın hədiyyəsini artıq vermişəm, məşqdən sonra isə anamı təbrik etməyə gedəcəm”.
saytlarin hazirlanmasi