"Çelsi"nin kapitanı PSJ ilə matçı buraxacaq

00:36 - 9 Mart 2016

Terri zədəlidir
 
"Çelsi"nin kapitanı Con Terri Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçında oynamayacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün "İnstagram" hesabından yazıb. O, zədə səbəbindən Paris klubu ilə oyunu buraxacağını bildirib.
 
Qeyd edək ki, London klubunun baş məşqçisi Quus Hiddink son açıqlamasında C.Terrinin PSJ ilə matça kimi hazır olmaq şansının az olduğunu söyləmişdi.
 
Əlavə edək ki, "Çelsi" - PSJ görüşü bu gün keçiriləcək.

Xəbər xətti