Əliyar Ağayev 6 futbolçunu cəzalandırdı, "Barselona" məğlub oldu

02:24 - 9 Mart 2016

5 sarı və 1 qırmızı vərəqə
 
FİFA dərəcəli hakimimiz Əliyar Ağayev UEFA Gənclər Liqasında 1/4 final mərhələsində "Anderlext" - "Barselona" matçını idarə edib.
 
Sportal.az xəbər verir ki, bu qarşılaşmada "Anderlext" 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Ağayev bu matçda "Barselona"nın 3, "ANderlext"in 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Qarşılaşmanın son dəqiqələrində hakimimiz "Anderlext"in futbolçusu Orel Manqalaya qırmızı vərəqə göstərərək meydandan qovub.
 
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov yardımçı olub.

Xəbər xətti