AÇ-2016: bu gün 4 güləşçimiz mübarizəyə qoşulacaq

10:44 - 9 Mart 2016

Şərifov da başlayır

 

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

 

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxacaq.

 

53 kq
1/8final -  Anjela Doroqan - Nina Hemmer (GER) 

60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç

65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev

97 kq
1/8 final - Şəriv Şərifov - İvan Yankouski BLR)

 

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.

Xəbər xətti