Bəhmən Həsənov: "Bilmirəm nə yedilər, amma otu yemədilər"

16:31 - 9 Mart 2016

"Futbolçularımın səviyyəsi çox aşağıdır"

 

Azərbaycan Kubokunun 1/4 finalının cavab matçında "Rəvan"ı 3:0 hesabı ilə məğlub edən "İnter" adını yarımfinala yazdırıb.

 

Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov bunları qeyd edib:

 

"Oyundan öncə şanslarımız yarı-yarıya idi. Lakin, oyunun gedişatı onu göstərdi ki, biz kubokda mübarizə aparacaq səviyyədə deyilik. Futbolçularım çox pis oyun sərgilədilər. Maddi sıxınıtlarımız olsa da, futbolçuların bütün maaşları verilmişdi. Ona görə də, onların meydana çıxıb "otu yeməli" idilər. Meydanda canlarını qoymalıydılar. Bilmirəm nə yedilər, amma otu yemədilər. Bizim futbolçularda ürək var. Amma, qan yaxşı işləmir. Mən komandadan ayrılsam və bir daha da nə vaxtsa qayıtmaq imkanım olsa, vəziyyətin bu cür olmayacağına söz verirəm. Çünki, artıq komandanı bu vəziyyətdə görmək istəmirəm".

Xəbər xətti