"Sumqayıt"ın məşqçisi: "Çox zəif oynadıq"

17:11 - 9 Mart 2016

"Səhvlərimiz üzərində işləməliyik"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt" doğma arenada "Qarabağ"a 4:1 hesabı ilə məğlub olaraq kubokla vidalaşıb.

Sportal.az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Vəfadar Quliyev jurnalistlərin suallarını cavablandırıb.
 
"Çox zəif oynadıq, səhvlərimiz üzərində işləyib bazar günki çempionat oyununa hazırlaşmalıyıq. Oyun öncəsi Samir Abbasov bildirmişdi ki, bu oyunda itirəcəyimiz heç nə yoxdur".

Xəbər xətti