"Bu heyəti 2-3 gün ərzində qurmuşduq"
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Neftçi" "Bakcell Arena"da "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "Neftçi"nin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:
"Gərgin oyun alındı, komandanın içərisində təzyiq var idi, hamımız başa düşürdük ki, ardıcıl oyunları uduzurduq. Ancaq komandaya inanırdım. İlk hissə alınmadı, amma ikinci hissə yaxşı oynadıq".
- Start heyətdə dəyişikliklər var, bu nə ilə bağlıydı?
- Ehtiyyat skamyasında da yaxşı futbolçular var. Kim özünü yaxşı göstərsə, o da əsas heyətdə oynayacaq. Bu heyəti 2-3 gün ərzində qurmuşduq. Ona görə belə heyət seçdik.
- Tofiq Mustafayevin əsas komandaya gəlişi və Samir Əliyevin əvəzedicilərə baş məşqçi keçməsi müzakirə obyektinə çevrilib...
- Samir Əliyev özü əvəzedicilərdə işləmək istədi. Ona görə də bu qərara gəldik.
- Aqil Məmmədovun ilk "11-lik"də olmaması təəccüb doğurdu...
- Aqil Məmmədov növbəti oyunu buraxdığı üçün Maksim Vaylonu yoxlamağa qərar verdik.
- Elşən Abdullayev bir neçə epizodda fərdi oynadı. Onunla söhbətiniz olacaqmı?
- 3 epizodda eyni hal yaşandı, məncə buna görə futbolçunu danlamağa ehtiyac yoxdur.
- Yarımfinalda rəqibiniz "Qəbələ" olacaq...
- Bizim heyətdə daha perspektivli futbolçular var, çalışacağıq ki, "Qəbələ"ni də keçək.
saytlarin hazirlanmasi